Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan 34 əcnəbini deportasiya edib - azərbaycanlılar da var

11:41 - 12 Avqust 2025 tarixində dərc olunub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbini deportasiya ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İran, Qırğızıstan, Keniya, Nigeriya, Pakistan, Rusiya və Türkmənistan vətəndaşları çıxarılıb.

Bundan əvvəl, avqustun 5-də respublikanın Daxili İşlər Nazirliyi 22 əcnəbinin deportasiya edilməsi barədə məlumat vermişdi. 

Müəllif: Ucnoqta.az redaksiyası