Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanılıb

10:47 - 12 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 11-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 96, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası