Ucnoqta.az
www.ucnoqta.az

Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə MÜRACİƏT EDİLDİ

19:25 - 11 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Müəllif: Ucnoqta.az redaksiyası