Ucnoqta.az
www.ucnoqta.az

12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirildi

17:09 - 11 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsidə baş tutacaq "Qarabağ"-“Şkendiya” (Şimali Makedoniya) oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb.

Ucnoqta.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

Müəllif: Ucnoqta.az redaksiyası