Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Rauf Vəliyevi təltif edib - SƏRƏNCAM

13:21 - 11 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasında dəniz gəmiçiliyinin inkişafı sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Rauf Göyüş oğlu Vəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası