Ucnoqta.az
www.ucnoqta.az

91 cinayətin üstü açılıb - 75 nəfər saxlanılıb

10:37 - 11 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 9-da və 10-da ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası