Çində ər və arvad boşanma zamanı 29 toyuq bölə bilməyiblər və nəticədə bir toyuq birlikdə yemək məcburiyyətində qalıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Cütlük Sıçuan əyalətindəki bir kənddə yaşayıb. Ayrılmaq barədə qərar verərkən29 toyuğu bölə bilməyiblər.
Öz növbəsində məhkəmə onlara iki variant təklif edib. Birincisi, toyuq üçün həyat yoldaşlarından birinə təzminat, ikincisi isə quşu birlikdə bişirib yemək. Keçmiş həyat yoldaşları şam yeməyi bişirmək və ayrılmaq qərarına gəliblər.