Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkətinin mütəxəssisləri “Fukusima-1” atom elektrik stansiyasından təmizlənmiş texniki suyun okeana axıdılmasının növbəti, artıq on dördüncü mərhələsinə başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə yapon şirkəti məlumat yayıb.
Növbəti mərhələ çərçivəsində əvvəlki dövrlərdə olduğu kimi, okeana 7,8 min ton suyun axıdılması planlaşdırılır.
Bu mərhələ avqustun 25-dək davam edəcək.