Ucnoqta.az
www.ucnoqta.az

Qatarların hərəkətində gecikmələr olacaq - ADY

19:05 - 6 Avqust 2025 tarixində dərc olunub.

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Yarana biləcək müvəqqəti narahatlığa görə sərnişinlərdən anlayışlı olmaları xahiş olunur",- məlumatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası