Ucnoqta.az
www.ucnoqta.az

"Sistemdə olan problemlərdən xəbərsizdirlər" - Tanınmış müğənni "Azercell"i TƏNQİD ETDİ

16:05 - 6 Avqust 2025 tarixində dərc olunub.

"Azercell şirkətinin operatorları heç bir işə yaramırlar. Sistemdə olan problemlərdən, müştərilərin balansından itən ödənişlərdən xəbərsizdirlər".

Ucnoqta.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabında bildirib. Müğənni qeyd edir ki, 1 həftə ərzində 4-5 dəfə fərqli operatorla danışmışam:

"Premium müştəri olduğuma görə kuratorum var, amma onunla da əlaqə saxlamaq mümkün deyil.Dünən gecə operatordan şikayətimin qeydə alınmasını istədim və xahiş etdim ki, menecerlerden biri mənimlə əlaqə saxlasın. Bu gün kurator və sonra başqa bir operator mənə zəng edib cəfəngiyyat danışıb, əsəblərimi pozub. Mən 20 ildən çoxdur ki, Azercellin müştərisiyəm. Ağlı başında, hər şeydən anlayışı olan insanam. Kiminsə məni gic yerinə qoyması əsəblərimi pozur.

Mənə mövcud olmayan borcun və dayanmadan balansımdan silinən pulun hesabatını verməlisiniz".

Müəllif: Ucnoqta.az redaksiyası