Ucnoqta.az
www.ucnoqta.az

"5-10 minə "bir gecəlik gəlin" olurlar"

14:04 - 6 Avqust 2025 tarixində dərc olunub.

Aktrisa Pərvin Abıyeva və baş tutan saxta toy məclislərindən söz açıb.

Ucnoqta.az Milli.az-a istinadən xəbər verir ki, o, həmin toylarda gəlin və ya bəyi aktyorlar, modellər əvəzlədiyini bildirib.

Aktrisanın hətta qayınana və qayınatanın da aktyorlardan seçildiyini deməsi müzakirələrə səbəb olub:

"Görürlər ki, yaşları keçir, 40-a gəlib çatırlar, saxta toyla keçirirlər. Bunu edənlər pul yığmaq, adını təmizə çıxarmaq üçün edir. Modelə 5-10 min verirsən, gəlib yanında oturur. Toydan sonra da, hərə öz evinə.

Həmin saxta namizədlər "masovka" adlanır. Filmlərdə epizodik rollarda çəkilirlər. Nə qədər rol alsalar da, üzləri yadda qalmır".

Müəllif: Ucnoqta.az redaksiyası