Ucnoqta.az
www.ucnoqta.az

Balta ilə insanlara hücum edən ruhi xəstə saxlanılıb

15:51 - 5 Avqust 2025 tarixində dərc olunub.

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a bildirilib ki, R.Səmədov saxlanılıb.

Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyətinin qənaət bəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanın balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.

Müəllif: Ucnoqta.az redaksiyası