Ucnoqta.az
www.ucnoqta.az

Husilər Ben Qurion hava limanına hücum edib

12:12 - 5 Avqust 2025 tarixində dərc olunub.

Yəmənin Ənsar Allah hərəkatının husiləri hipersonik ballistik raketlə İsrailin Ben Qurion hava limanına hücum ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 5-də Yəmən hərəkatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yəmən silahlı qüvvələrinin raket qüvvələri Lod hava limanında Fələstin-2 hipersəs ballistik raketinin buraxılması üçün genişmiqyaslı hərbi əməliyyat keçirib.

Hücumun məqsədinə uğurla çatdığı vurğulanır. 

Müəllif: Ucnoqta.az redaksiyası