Ucnoqta.az
www.ucnoqta.az

İngiltərə çempionatının rekord transfer məbləği reallaşa bilər

10:47 - 5 Avqust 2025 tarixində dərc olunub.

İngiltərə Premyer Liqası (APL) klubu "Mançester Yunayted" İspaniyanın "Real Madrid" klubuna braziliyalı futbolçu Vinisiusu 200 milyon avroya almaq üçün təklif hazırlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fichajes” portalı məlumat yayıb.

Məlumata görə, ingilis klubu maaş anlaşmazlığı səbəbindən braziliyalının "Real"la müqaviləsinin uzadılması ilə bağlı yaranmış qeyri-müəyyənlikdən yararlanmaq istəyir.
Qeyd edilir ki, Vinisius "Mançester Yunayted"in yeni dövrünün flaqman alışına çevrilə bilər, lakin hələlik nə "Real Madrid", nə də futbolçunun özü mümkün transferlə bağlı mövqelərini bildirməyib.

"Mançester Yunayted" Vinisius üçün 200 milyon avro ödəsə, bu transfer İngiltərə çempionatının rekordu olacaq. Transfermarkt portalının məlumatına görə, hazırda bu göstərici üzrə lider 2025-ci ilin iyununda Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtz üçün Almaniya "Bayer"inə 125 milyon avro ödəyən "Liverpul"dur. Eyni zamanda, Vinisiusun mümkün transferi futbol tarixində ikinci, braziliyalı hücumçu Neymarın 222 milyon avroya “Barselona”dan Fransanın Paris Saint-Germain klubuna transferindən sonra ikinci ola bilər.

Müəllif: Ucnoqta.az redaksiyası