Ucnoqta.az
www.ucnoqta.az

Çin Ordusu hərbi təlimlər keçirəcək

08:00 - 5 Avqust 2025 tarixində dərc olunub.

Çin Xalq Azadlıq Ordusu avqustun 5-dən 12-dək Sarı dənizin cənub hissəsində canlı atəş sınaqları keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çinin Ordusunun Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Manevrlərin konkret koordinatları agentliyin saytında göstərilib. Qeyd olunduğu kimi, Pekin vaxtı ilə saat 08:00-dan 18:00-dək gəmilərin bu akvatoriyadan keçməsi qadağandır.

Müəllif: Ucnoqta.az redaksiyası