Ucnoqta.az
www.ucnoqta.az

Küveytin maliyyə naziri istefa verib

15:40 - 4 Avqust 2025 tarixində dərc olunub.

Küveytin maliyyə naziri Nura əl-Fəssam istefa verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Küveyt xəbər agentliyi məlumat yayıb.

Əmir Məşəl əl-Əhməd əs-Sabah avqustun 4-də əl-Fəssamın istefasını qəbul edib və elektrik, su və bərpa olunan enerji naziri Sabih əl-Muhayzimi hazırkı vəzifəsinə əlavə olaraq maliyyə nazirinin səlahiyyətlərini icra edən təyin edib. Maliyyə nazirinin istefasının səbəbi açıqlanmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası