Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda 37 yaşlı kişi kürəyindən BIÇAQLANDI

10:09 - 4 Avqust 2025 tarixində dərc olunub.

Yevlax şəhərində şəhər sakinləri – 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən 1988-ci il təvəllüdlü Zahid Mahmudov kürək nahiyəsindən bıçaqlanıb.

Ucnoqta.az xəbər verir ki, Zahid Mahmudov Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətdən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2009-cu il təvəllüdlü Rüzgar Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası