Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda meşə zolağında yanğın başlayıb

19:51 - 3 Avqust 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Qımılqışlaq kəndində meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası