Ucnoqta.az
www.ucnoqta.az

Bakıda moped maşınla toqquşub - ölən var

09:56 - 1 Avqust 2025 tarixində dərc olunub.

Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı polisi araşdırma aparır.

Müəllif: Ucnoqta.az redaksiyası