Ucnoqta.az
www.ucnoqta.az

Mərakeşdə təlim təyyarəsi qəzaya uğradı - iki zabiti həlak olub

22:47 - 28 İyul 2025 tarixində dərc olunub.

İyulun 28-də Fes-Saiss hava limanında (Mərakeşin şimalı) “Alphajet” təlim təyyarəsi qəzaya uğrayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Maghreb Arabe Presse xəbər agentliyi məlumat yayıb.

Fövqəladə vəziyyət nəticəsində Kral Hərbi Hava Qüvvələrinin iki zabiti təlim missiyasını yerinə yetirərkən həlak olub.

Hadisənin səbəblərini müəyyən etmək üçün istintaq komissiyası yaradılıb.

Müəllif: Ucnoqta.az redaksiyası