Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı bloqerə Rusiyada ittiham irəli sürüldü

10:29 - 28 İyul 2025 tarixində dərc olunub.

Azərbaycanlı bloqer Subo (əsl adı - Sübxan Məmmədov Murad oğlu) barəsində Rusiyada cinayət işi açıldığı barədə xəbər vermişdik.

Ucnoqta.az xəbər verir ki, Moskva vilayəti üzrə İstintaq Komitəsi yeni məlumat yayıb. Belə ki, bloqer qiyabi olaraq 20 milyon rubl vergidən yayınmaqda ittiham olunub.

İttiham sübut olunarsa Subonu 10 ilə qədər həbs gözləyir. 

Müəllif: Ucnoqta.az redaksiyası