Ucnoqta.az
www.ucnoqta.az

AHİK-nin istirahət üçün göndəriş verdiyi sanatoriyada BİABIRÇI MƏNZƏRƏ

10:00 - 27 İyul 2025 tarixində dərc olunub.

Bu ildən etibarən müəllimlərin Həmkarlarlar İttifaqı Təşkilatının xətti ilə yay tətili zamanı sığorta hesabına sanatoriyalara göndərilməsi həyata keçirilir.

Ucnoqta.az Oxu24.com-a istinadən xəbər verir ki, göndərişlər zamanı ödənişlərin böyük hissəsi sığorta hesabına qarşılanır. Bu addım alqışalayiq olsa da, ortada müəyyən problemlər də var.
Bu barədə saytımıza göndərişlə istirahət üçün gedən bir qrup müəllim məlumat  verib.
Onların sözlərinə görə, istirahət üçün göndərildikləri Nabranda yerləşən "Atlant" istirahət mərkəzi sözün hər mənasında cəhənnəmə çevrilib.
"Biz sevinmişdik ki, istirahət edəcəyik, amma başqa mənzərə ilə qarşılaşdıq. Gəldiyimiz bu  istirahət  mərkəzində nizamsızlıq, natəmizlik və təşkilati işlərin sıfır səviyyədə olması  istirahətimizi heç etdi. Burada adi  yemək almaq üçün saatlarla növbəyə dayanmalı olursan... Yaşlısı, xəstəsi, uşağı var... Onlar  bu  şəraitdə necə dincələ bilər?",- deyə  müəllimlərdən biri  bildirib.

"Atlant"da yaşanan biabırçı mənzərə ilə bağlı saytımıza  görüntülər də təqdim olunub.

Müəllif: Ucnoqta.az redaksiyası