Ucnoqta.az
www.ucnoqta.az

MİQ üzrə vakansiya seçiminə start verilib

11:44 - 26 İyul 2025 tarixində dərc olunub.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bu barədə İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası