Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə qadın sevgilisini bıçaqlayıb

20:50 - 25 İyul 2025 tarixində dərc olunub.

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü C.Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.

İlkin məlumata əsasən, C.Qasımov küçədə sevgilisi tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası