Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Bankda yeni təyinat olub

15:29 - 22 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Mərkəzi Bankının (AMB) Valyuta ehtiyatlarının idarə edilməsi departamentinə direktor təyinatı olub.

Bu barədə Ucnoqta.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sözügedən vəzifə Cəlilova Rəna Firdovsi qızına həvalə olunub.

O, 2017-2025-ci illər ərzində Avropa Sabitlik Mexanizmində portfel meneceri vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası