Kürdəmirdə istirahət mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonda keçirilən məclisdən sonra baş verib.
10-dan çox şəxs zəhərlənmə diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların şəxsiyyətləri müəyyən edilib:
– Ümüd İlkin oğlu Səlimli
– Firuzə Şaxtalı qızı Şirəliyeva
– Aydan Məmməd qızı Şirəliyeva
– Könül İlqar qızı Məmmədova
– Səadət Mehrab qızı Orucova
– Mübariz Ənnağı oğlu Şəmiyev
– Samirə Qara qızı Şəmiyeva
– Ramil Möhkəm oğlu Məmmədov
– Ümid Mübariz oğlu Şəmiyev
– Xatun Mübariz qızı Şəmiyeva
– Qurban Nizami oğlu Əsgərli
– Sultanlı Sehrayə İntiqam qızı
Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub, araşdırma aparılır.