İsrailin Qəzza zolağına hücumları nəticəsində son 24 saat ərzində azı 61 nəfər ölüb, 70 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
İyulun 18-də İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 51 fələstinli, o cümlədən paylama məntəqələrində ərzaq yardımı almaq üçün gözləyən 14 nəfər həlak olub.
Telekanal qeyd edir ki, şənbə günü səhər Nasser xəstəxanası Xan Yunisdə humanitar yardım paylama məntəqəsinə hücum zamanı daha 10 nəfərin öldüyünü bildirib.