Kaliforniya Yüksək Sürətli Dəmir Yolları İdarəsi Tramp administrasiyasını San-Fransisko və Los Anceles arasındakı Kaliforniya Sürətli Dəmiryolu layihəsini maliyyələşdirməkdən imtina etdiyinə görə məhkəməyə verib.
Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, layihənin federal büdcəsi 4 milyard dollardır.
Ləğv edilməsini "özbaşına və şıltaq" səlahiyyətdən sui-istifadə kimi qiymətləndirən iddia, Los-Ancelesdəki ABŞ Dairə Məhkəməsində layihəyə nəzarət edən agentlik tərəfindən qaldırılıb.
Kaliforniya qubernatoru Qevin Nyusomun sözlərinə görə, ABŞ Nəqliyyat Departamentinin qərarı Bakersfild və Mersed arasındakı magistralın birinci hissəsində trek hazırlıqlarının sürətlə getdiyi bir vaxtda qəbul edilib.
Nyusom HSR üçün federal maliyyələşdirmənin dayandırılmasını "Prezident Trampın faktla deyil, Kaliforniyaya və yüksək sürətli dəmir yolu layihəsinə qarşı şəxsi düşmənçiliyi ilə motivasiya edilmiş kiçik siyasi intiqam" adlandırıb.