Ucnoqta.az
www.ucnoqta.az

Mövqeyimiz üst-üstə düşür - Tramp

11:20 - 16 İyul 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın Ukrayna münaqişəsində bitərəf olduğunu deyib.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib:
"O, çox neytraldır. O, insanların ölməsini dayandırmasını görmək istərdi".

Ağ Ev rəhbəri əlavə edib ki, onun mövqeyi Melaniyanın mövqeyi ilə üst-üstə düşür.

“İnsanlar deyirlər ki, siz bu və ya digər tərəfdəsiniz, amma mən insanların ölməsini dayandırmasını istəyən insanların tərəfindəyəm”, Tramp vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası