Ucnoqta.az
www.ucnoqta.az

2 tondan çox çətənə kolu məhv edildi

10:39 - 16 İyul 2025 tarixində dərc olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 15-də ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası