Ucnoqta.az
www.ucnoqta.az

Bir qrup Gürcüstan və Moldova vətəndaşı Polşadan deportasiya edilib

00:03 - 16 İyul 2025 tarixində dərc olunub.

Bir qrup Gürcüstan və Moldova vətəndaşı müdafiə, təhlükəsizlik və ictimai asayiş üçün təhlükə yarandığı üçün Polşadan deportasiya edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat katibi Adam Szlapka bildirib.

Onun sözlərinə görə, sərhədçilər “Frontex” agentliyi ilə birlikdə 40 əcnəbi vətəndaşın deportasiyası üzrə əməliyyat təşkil ediblər.
Radomdan havaya qalxan təyyarənin göyərtəsində 27 Gürcüstan və 13 Moldova vətəndaşı olub.

Szlapka əlavə edib ki, ilin əvvəlindən 4,6 mindən çox əcnəbi ölkədən deportasiya edilib.

Mətbuat katibi vurğulayıb ki, Polşadan deportasiya edilən gürcülər arasında 20 nəfər “müdafiə, dövlət təhlükəsizliyi və ya ictimai asayiş üçün təhdid səbəbindən” öz ölkəsinə məcburi qayıtmaq barədə qərar qəbul edib.
Moldova vətəndaşlarından belə qərarlar doqquz nəfərə aid olub.

Müəllif: Ucnoqta.az redaksiyası