Ucnoqta.az
www.ucnoqta.az

Lavrov Pekində Si Cinpinlə görüşüb

07:44 - 15 İyul 2025 tarixində dərc olunub.

Çin Prezidenti Si Cinpin Pekində Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS xəbər verir.

Bundan əvvəl Çin lideri ŞƏT xarici işlər nazirləri ilə ümumi iclas keçirib.

Lavrov iyulun 13-dən Tyantszində keçirilən ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Çinə səfər edir.

Müəllif: Ucnoqta.az redaksiyası