Ucnoqta.az
www.ucnoqta.az

Aİ ABŞ mallarına cavab rüsumları hazırlayıb

07:34 - 15 İyul 2025 tarixində dərc olunub.

Avropa İttifaqı 72 milyard avro dəyərində ABŞ mallarına cavab rüsumlarının ikinci siyahısını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Agentlik qeyd edir ki, "Avropa İttifaqı Boeing Co. təyyarələri, avtomobilləri və burbon da daxil olmaqla 72 milyard avro (84 milyard dollar) dəyərində ABŞ mallarına qarşı əks tədbirlərin ikinci siyahısını tamamlayıb".

Bloomberg-in məlumatına görə, əlavə rüsumlar, həmçinin maşınqayırma məhsulları, kimya və plastik məhsullar, tibbi cihazlar, elektrik avadanlıqları, şərab və kənd təsərrüfatı məhsullarına da tətbiq olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası