Ucnoqta.az
www.ucnoqta.az

"Qızlar əncir yarpağında çölə çıxsalar, ..."

12:33 - 14 İyul 2025 tarixində dərc olunub.

Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.

Ucnoqta.az xəbər verir ki, yutubda yayımlanan verilişə danışan aktrisa mentalitetə toxunaraq qızların geyimini hədəf alıb:

"Mentaliltet var? Oğullu, qızlı hamı döymədə. Qızların geyimi... Əncir yarpağı ilə çölə çıxsalar, geyindiklərindən abırlıdır. Bir tamaşam var: orada deyirəm, dayanan kimdir? Cavab verirlər, filankəs. Deyirəm ki, nə arvadlığını, nə kişiliyini görürəm. İndi bizim 99 faizimiz elədir. Niyə? Çünki qətiyyət, zəhm, möhkəm qeyrət və tədbir bizdə yoxdur".

Müəllif: Ucnoqta.az redaksiyası