Hindistan Ordusu 100-dən çox pilotsuz uçan aparatdan istifadə edərək Myanmanın Saqainq bölgəsindəki üsyançı düşərgələrinə böyük bir pilotsuz təyyarə zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, hədəflər arasında ULFA-I düşərgəsi 779 və Şərq Komandanlığının qərargahı olub. Təsdiqlənməmiş məlumatlara görə, qruplaşmanın komandiri Nayan Asom öldürülüb. Bir neçə NSCN(K) mövqelərinə də hücum edilib. Hindistan və ya Myanmadan hələlik rəsmi açıqlama yoxdur.