Yevlaxda 34 yaşlı kişi 41 yaşlı ögey qardaşını qətlə yetirib.
Trend-in xəbərinə görə, qətl hadisəsi ötən gecə Yevlax şəhərində yaşayış evində baş verib.
Belə ki, rayon sakini Süleyman Əzizov mübahisə zəminində ögey qardaşı Orxan Səmədovu bıçaqlayaraq qətlə yetirib.
S.Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır