Hindistanlı tennisçi Radhika Yadav atası Dipak Yadav tərəfindən Qurqaondakı evində güllələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Yadavın 25 yaşı var idi. O, ITF səviyyəsində oynayıb və son bir neçə il ərzində Qurqaondakı akademiyasında məşqçi kimi işləyirdi. Polis hesab edir ki, onun işindəki uğuru cinayətin motivi ola bilərdi.
"O, yerlilərin qızının gəliri ilə bağlı onu ələ salmasından əsəbiləşdi. Onların şərhləri onu narahat edirdi - onlar ona onun pulu ilə dolandığını və ondan çox asılı olduğunu deyirdilər. O, dəfələrlə ondan akademiyada fəaliyyətini dayandırmasını xahiş etsə də, o, bundan imtina edib. O, daha dözə bilmədi”, - polis müfəttişi Vinod Kumar bildirib.
Yadavın ITF reytinqində ən yaxşı mövqeyi 2024-cü ilin martında 1999-cuyer olub.