Ucnoqta.az
www.ucnoqta.az

Kanada baş naziri Trampın rüsumlarla bağlı qərarına cavab verib

09:13 - 11 İyul 2025 tarixində dərc olunub.

Kanada hökuməti ABŞ prezidenti Donald Trampın avqustun 1-də ölkə mallarına yeni tariflər tətbiq etmək hədəsini nəzərə alıb və Kanada işçiləri və müəssisələrini qorumaq üçün çalışacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Kanada baş naziri Mark Karni X-də yazıb.

"Birləşmiş Ştatlarla ticarət danışıqlarımız boyunca Kanada hökuməti işçilərimizi və müəssisələrimizi ardıcıl olaraq qorudu. Avqustun 1-nə kimi yeni son tarixi gözlədiyimiz üçün bunu davam etdirəcəyik"- qeyd edib. 

Müəllif: Ucnoqta.az redaksiyası