İspaniyanın "Atletik Bilbao" klubunun futbolçusu Yeray Alvares antidopinq qaydalarını pozduğu üçün yarışdan müvəqqəti kənarlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Nümunə İngiltərənin "Mançester Yunayted"i ilə Avropa Liqasının ilk yarımfinal oyunundan sonra götürülüb.
Alvarezin 30 yaşı var. O, 2016-cı ildən "Atletik Bilbao"nun əsas komandasında çıxış edir və 257 oyun keçirib. Müdafiəçi İspaniya kubokunun (2024) və İspaniya Superkubokunun (2021) qalibidir.