Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

21:51 - 10 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər yola saldılar.

Müəllif: Ucnoqta.az redaksiyası