Ucnoqta.az
www.ucnoqta.az

Rusiya gecə ərzində Ukraynaya 415 hava zərbəsi endirib

11:46 - 10 İyul 2025 tarixində dərc olunub.

Rusiya Silahlı Qüvvələri bir gecədə Ukraynaya 415 hava zərbəsi endirib.

Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Bryansk, Primorsko-Axtarsk, Kursk, Millerovo və Oreldən 397 "Şahed" PUA hücumu olub. Bryansk vilayətindən 8 ədəd “İsgəndər-M” ballistik raketi, Saratov vilayətindən 6 ədəd Kh-101 qanadlı raketi, Kursk vilayətindən isə 4 ədəd S-300 zenit raketi buraxılıb.

Hücumun əsas istiqaməti Kiyev olub.

Məlumata görə, 164 “Şahed”, 8 ballistik raket və 6 qanadlı raketin məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası