Ucnoqta.az
www.ucnoqta.az

SOCAR daha bir Türkiyə klubuna sponsorluq edəcək

11:32 - 10 İyul 2025 tarixində dərc olunub.

Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin 1-ci liqa təmsilçisi "Iğdır" klubuna sponsorluq edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Iğdır təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda ilə sponsorluq müqaviləsi imzalayıb.

Müqavilə 2025/2026 mövsümünü əhatə edir. İmza mərasimi "Iğdır" klubunun Ankaradakı bazasında baş tutub.

Müəllif: Ucnoqta.az redaksiyası