İyulun 10-na keçən gecə Yeni Dehlidə güclü musson yağışından sonra İndira Qandi Beynəlxalq Hava Limanında 300-dən çox reys təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Flightradar təyyarə izləmə xidmətinin məlumatında deyilir.
Təxminən 10 təyyarə təyinat yerini dəyişərək Caypur və Lakxnau şəhərlərinə enməyə yönləndirilib.
İyulun 9-da axşam saatlarında Yeni Dehlidə güclü küləkli tropik leysan başlayıb və gecə yarısından sonra davam edib. Yağıntılar şəhərin bir çox ərazilərində daşqınlara səbəb olub. Yollarda nəqliyyatın hərəkəti çətinləşib.