Ucnoqta.az
www.ucnoqta.az

Suraxanının 2 qəsəbəsində qaz olmayacaq

09:01 - 10 İyul 2025 tarixində dərc olunub.

Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, “Bülbülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin 10.07.2025-ci il tarixində hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Müəllif: Ucnoqta.az redaksiyası