Ucnoqta.az
www.ucnoqta.az

Trampa sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin altı agenti işdən çıxarılıb

08:21 - 10 İyul 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampa sui-qəsddən sonra ABŞ Məxfi Xidmətinin 6 əməkdaşı işdən uzaqlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 10-da ABC məlumat yayıb.

Telekanal departamentin rəsmi nümayəndəsinə istinadən xəbər verir ki, “ABŞ Məxfi Xidmətinin altı agenti keçən il Pensilvaniya ştatının Butler şəhərində o vaxtkı prezidentliyə namizəd Donald Trampın həyatına sui-qəsd cəhdi ilə bağlı nöqsanlara görə fəaliyyəti dayandırılıb”.

Bildirilir ki, qurumda kadr dəyişiklikləribir il əvvəl iyulun 13-də baş vermiş sui-qəsdin ildönümündə təsdiqlənib.

Müəllif: Ucnoqta.az redaksiyası