Ucnoqta.az
www.ucnoqta.az

Tofiq Musayev yenə UFC-də döyüşəcək

17:21 - 9 İyul 2025 tarixində dərc olunub.

Bakıda keçirilən "UFC Fight Night" turnirində iştirak edən döyüşçümüz növbəti döyüşünə çıxacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tofiq Musayev özü bildirib.

Belə ki, döyüşçümüz oktyabrın 5-də Las-Veqasda keçiriləcək UFC turnirində iştirak edəcək.

Qeyd edək ki, Tofiq Musayev UFC ilə 4 döyüşlük müqavilə imzalayıb.

Müəllif: Ucnoqta.az redaksiyası