Ucnoqta.az
www.ucnoqta.az

Prezident Ərəb Əmirliklərinə işgüzar səfər edib - FOTO

15:18 - 9 İyul 2025 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.

Ucnoqta.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası