Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb

17:05 - 8 İyul 2025 tarixində dərc olunub.

Bu ilin ilk beş ayında suçiçəyinə 17 min 595 yoluxma halı aşkarlanıb.

Ucnoqta.az Report.az-a istinadən xəbər verir ki, bu ilin yanvar - may aylarındakı yoluxma ötən ilin müvafiq dövrü il müqayisədə 2 189 nəfər çoxdur.

İlin ilk beş ayında suçiçəyinə yoluxanlardan 9 min 190-ı kişi, 8 min 405-i isə qadındır. Xəstəliyə yoluxanlardan 15 min 602 nəfəri 17 yaşadək, 1 993 nəfəri isə 18 və yuxarı yaşda olan insanlardır.

Müəllif: Ucnoqta.az redaksiyası