Ucnoqta.az
www.ucnoqta.az

İran Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

14:26 - 8 İyul 2025 tarixində dərc olunub.

İran hakimiyyəti İran-İsrail münaqişəsinin qaynar mərhələsində İsrail tərəfindən insan haqlarının kobud şəkildə pozulmasına dair sübutları Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) göndərəcək.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədr müavini Raziyə Əlişəvəndi məlumat verib.

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İran və İsrail arasında 12 gündür davam edən silahlı qarşıdurmada 102 qadın və 38 uşaq həlak olub, 10 təcili yardım maşını və 8 tibb müəssisəsi hücuma məruz qalıb.

Müəllif: Ucnoqta.az redaksiyası