Ucnoqta.az
www.ucnoqta.az

ABŞ bu ölkələrdən idxala rüsum tətbiq etdi

22:22 - 7 İyul 2025 tarixində dərc olunub.

ABŞ avqustun 1-dən Malayziyadan ölkəyə idxal olunan mallara 25% rüsum tətbiq edəcək.

Ucnoqta.az xəbər verir ki, həmçinin ABŞ avqustun 1-dən etibarən Laos və Myanmadan idxal edilən bütün məhsullara 40% rüsum tətbiq edəcək.
Tramp ölkəsinin avqustun 1-dən Amerika bazarına idxal edilən bütün Yapon və Cənubi Koreya mənşəli mallara vahid 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

"Biz bu ölkələrdən gələn tarif və qeyri-tarif maneələrinin yaratdığı ticarət kəsirlərinə son verməliyik... Ona görə də biz gələn bütün mallara 25% rüsum tətbiq edirik", - Tramp hər iki Asiya ölkəsinin liderlərinə göndərdiyi məktublarda TRUTH Social nəşrində bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası